Qaya kütləsinin uçması ilə əlaqədar Xaişi-Uşquli hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qaya kütləsinin uçması ilə əlaqədar Xaişi-Uşquli hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun (Xaişi-Uşquli) hissəsi bağlanıb.

Avtomobil Yolları İdarəsinin nümayəndələrinin sözlərinə görə, yeni qaya kütləsi çöküb ki, bu da daş tökülməsi təhlükəsi yaradır. Sözügedən hissədə nəqliyyatın hərəkəti yenidən qadağan edilib. Hadisə yerində Avtomobil Yolları İdarəsinin ağır texnikası işləyir.

Hazırda daş tökülməsi ilə əlaqədar nəqliyyat vasitələri yalnız Xaişiyə qədər hərəkət edə bilirlər.

Xaişi hissəsi yaxınlığında bağlanan yol ötən gecə yalnız bir neçə dəqiqəliyinə açılıb. Bir neçə saat gözləyən avtomobillər heç bir problem olmadan həm Mestia, həm də Zuqdidi istiqamətində hərəkət edə biliblər.