Qardabani munisipalitetindən laboratoriyaya göndərilən 150 nəfərin analiz cavabları günün sonunda məlum olacaq

Qardabani meri Ramaz Budağaşvilinin bəyanatına görə, koronavirusun 24 yeni halından yeddisi Qaracalar kəndində, ikisi isə, Qara Təhlədə təsdiqlənib.

Merin bəyanatına görə, Qardabani munisipalitetində 350 nəfərə test keçirildi.

150 nəfərin analiz cavabı günün sonuna qədər məlum olacaq.

Qardabanidə test keçirmək məsədi ilə, altı qrup işləyir.

Bu vaxt üçün Qardabani munisipalitetində karantin zonasında 100-dən artıq insan qalır.