Qar uçqunu səbəbindən Batumi-Axaltsixe mərkəzi avtomobil yolunun Keda hissəsində avtomobillərin hərəkəti dayandırılıb
Batumi-Axaltsixe mərkəzi avtomobil yolunun Keda hissəsində avtomobillərin hərəkəti dayandırılıb, bir neçə kilometrlik tıxac yaranıb. Güclü və uzun sürən yağışın səbəb olduğu sürüşmə nəticəsində yol bağlanıb.
“Nadir hallarda uzun və güclü yağışlar qeydə alınır, bu qədər sürüşmə eyni vaxtda praktiki olaraq heç vaxt baş verməyib. Mərkəzi avtomobil yolunda beş yerdə sürüşmə var, bütün xidmətlər səfərbər olunub, mərkəzi yol təmizlənəndən sonra kəndlərə getmək imkanımız olacaq”- deyə Kedanın meri Roland Beridze açıqlayıb.
Bu gün Xulo və Kedada iki nəfər həyatını itirib.