Qadın futbol klubu "Lançxuti" - Bizi bu soyuq havada sonuna qədər dəstəkləyən həqiqi dəstəkçilərimizə təşəkkür edirik
Çempionlar liqasının 1/16 finalının ilk matçında “Rosenqardta” məğlub olan “Lançxuti” qadın futbol klubu sosiyal şəbəkədə bəyanat yayır:
“İmkanımızın tükəndiyində bizim şəvqət və təsəlliyə deyil, fanlarımızın dəstəyinə ehtiyyacımız var.
Oyundan sonra, karantin vaxtında evinə qayıda bilməyəcəyini bildiyi halda, bizi izləməyə gələn Lançxutililərə, matça girə bilməyəcəyini bilə-bilə gəlib stadiondan kənarda qalan və bu soyuq havada bizi sonuna qədər dəstəkləyən həqiqi tərəfdarlarımıza ürəkdən təşəkkür edirik! – deyilir qadın futbol komandasının bəyanatında.
Xatırladaq ki, qadın futbol klubu “Lançxutinin” çempionlar liqası çərçivəsində 1/16 finalın təkrar matçı dekabrın 16-da keçiriləcək.
“Lançxuti” bu turnirdə qalib olan və Avropanın 32 ən yaxşı komandası arasına düşən ilk gürcü komandasıdır.