Qabriel Salosi küçəsindən əhalinin evakuasiyası davam edir

Dünən gecə saatlarından bəri, Tbilisidə, Qabriel Salosi küçəsində, Dövlət Təhlükəsizliyi xidmətinin kontr-terorist departamenti tərəfindən həyata keçirilən əməliyyat hələdə davam edir.

Hadisə yerinə əlavə polis qüvvələri gətirildi.

Həmin küçədəki yaşayış binalarının üçüncü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən gecə boyu qumbaralar tökülürdü və silah atılırdı.

Yerli sakinlərin dediyinə görə, həmin mənzildə çeçenlər yaşayırlar.

Əməliyyat zamanı, xüsusi təyinat qüvvələrinin bir əməkdaşı yaralandı və onu xəstəxanaya apardılar.

Hadisə yerindən əhalinin evakuasiyası davam edir.