Qabriel Salosi küçəsindəki mənzili kirayə verən şəxsin sorğulanması davam edir
Qabriel Salosi küçəsindəki mənzili kirayə verən şəxsin sorğulanması davam edir

Duisi polis şöbəsində səhərdən, Tbilisidə, Qabriel Salosi küçəsində, xüsusi əməliyyatın keçirildiyi evin sahibinin sorğulanması davam edir.

Həmin evi kirayəyə verən, 26 yaşlı Aslan Jabraelov Duisi kəndində yaşayır və Axmetada “Sokar” yanacaq doldurma məntəqəsində çalışır.

Mövcud olan məlumata görə, Aslan Jabraelov Tbilisidəki mənzilini həyat yoldaşının qardaşının xahişi ilə, heç tanımadığı şəxslərə kirayələyib.