Qabal kəndində yeni ictimai məktəbin inşaat işlərini "Gürcü Arzusunun" liderləri yoxladılar
Qabal kəndində yeni ictimai məktəbin inşaat işlərini "Gürcü Arzusunun" liderləri yoxladılar

Laqodexi munisipalitetinin Qabal kəndində 300 şagird üçün nəzərdə tutulan məktəb tikilir, hansı ki, müasir standart tələblərini tamamilə qane edir.

İnşaat işləri ilə Gürcüstanın baş naziri Giorgi Qaxaria, “Gürcü Arzusunun” baş katibi Kaxa Kaladze, və “Gürcü Arzusunun” siyasi katibi İrakli Ğaribaşvili ilə bərabər, Telavi, Axmeta, Kvareli və Laqodexi seçki məntəqəsində, majoritar namizədi İrakli Kadagişviliyi təqdim etdikdən sonra tanış oldu.

Bu haqda məlumatı partiyanın mətbuat xidməti yayır.

Mətbuat xidmətinin məlumatına görə, qeyd olunan kənddə 30 ildən artıqdır yeni məktəb inşaat edilməyib.

Bu il isə, munisipal fondun maliyyələşdirilməsi ilə, 2 məktəb tikiləcək.

Paralel olaraq, munisipalitetin 15 məktəbində reabilitasiya işləri aparılır.