Futzal Çempionlar Liqası | “New Vision Georgians” qrup mərhələsini qələbə ilə başa vursa da, turnirdən kənarlaşdırılıb#1TVSPORT
Futzal Çempionlar Liqasının C qrupunun son oyununda “New Vision Georgians” Cəbəllütariqin “Avropa”sını 3:0 hesabı ilə məğlub etsə də, növbəti mərhələyə adlaya bilməyib.
Podqoritsadakı “Verde İdman Kompleksi”ndə keçirilən qarşılaşmada Avtandil Asatianinin yetirmələri ilk hissədə üstünlüyə sahib olublar – Nikoloz Qabriçidze (9), Şoxrux Maxmadaminov (10) və Vaxtanq Kekeliya (11) üç dəqiqədə “Avropa”ya qollarını vurublar. İkinci hissədə hesab dəyişməyib.
Qrupun ikinci görüşündə “Titoqrad” “Eindhoven”ə 5:2 hesabı ilə qalib gələrək yüz faizlik nəticə ilə (9 xal) birinci yeri, “New Vision Georgians” altı xalla qrup mərhələsini ikinci pillədə başa vurub. Əsas turda qrup qalibləri ilə birlikdə yalnız bir ən yaxşı ikinci yeri tutan komanda oynayacaq.