Futbolçular koronavirus ilə əlaqədar  test olunublar

 Növbəti məşqin başlamasınadək “Dinamo Tbilisi” və “Saburtalo” nun oyunçuları, məşqçilər heyyəti və komandanın tərkibi(staf) koronavirus ilə əlaqədar test olunublar “, – bu barədə klubların mətbuat xidmətləri məlumat yayıblar.

Milli Liqanın 2020-ci il mövsümü iyunun 25-də bərpa olunacaq. Çempionatın bərpa olunmasından əvvəl, 1-7 iyun tarixlərində , liqadakı 10 komandanın hamısının oyunçuları  test olunacaqlar. Matçlar  başlamazdan əvvəl   22-24 iyun tarixlərində də  oyunçular yenidən testdən keçəcəklər. Test xərclərini Futbol Federasiyası üzərinə götürüb.

Təxminən 4 aylıq fasilədən sonra Milli Liqa iyunun 25-də üçüncü turun oyunları ilə bərpa ediləcək – ” Mixeil Mesxi” arenasında , “Saburtalo” və Tbilisinin  “Dinamo”-su  qarşı-qarşıya gələcək.

Hazırladı-Sevinc Mustafayeva