Futbol Time Out | Qiorqi Devdariani - Batumi "Dinamo"nun prezidenti ilə danışıqlarımız var və biz Batumidə "Peola"nın filialını açmaq istəyirik #1TVSPORT
Futbol Time Out | Qiorqi Devdariani - Batumi "Dinamo"nun prezidenti ilə danışıqlarımız var və biz Batumidə "Peola"nın filialını açmaq istəyirik #1TVSPORT

Gürcüstanın birinci kanalının “Futbol Time out” verilişində Qiorqi Devdariani Temur Potsxevariya ilə birgə təsis etdiyi “Peola” fərdi təlim mərkəzinin genişləndirilməsi və regionlarda filiallarının açılması planlarından danışıb.

“Biz uşaqlara ən vacib nüansları əvvəldən öyrənməyə kömək etmək istəyirik. Əgər biri yüksək səviyyədə oynayacaqsa, bu detalları bilmək ona mütləq kömək edəcək.

“Peola”nın imkanları daxilində maksimumu etməyə çalışırıq. Tədris mərkəzinin bölgələrdə də filialları açılsa, federasiya mənə maaş versə və bu layihə pulsuz olsa, sevinərəm.

Batumi “Dinamo”nun prezidenti Arçil Beridze ilə “Peola”nın Batumidə filialını açmaq və oradakı məşqçilərlə birgə layihə həyata keçirmək üçün fəal danışıqlarımız var, bu bir yenilikdir.

Digər bölgələrdə də filiallar yarada bilərik. Bu kommersiya layihəsidir, amma pulu ödəyə bilməyən istedadlı və sürətli uşaq ortaya çıxarsa, birbaşa deyirəm, gəlsin, onu ödənişdən azad edəcəyik”, – Qiorqi Devdariani deyir.