Futbol Taym-aut | Vladimir Qutsayev - Gürcüstan komandalarının Çempionlar Liqasına daxil olması bizim arzumuzdur, lakin bunun üçün hələ tezdir #1TVSPORT
Futbol Taym-aut | Vladimir Qutsayev - Gürcüstan komandalarının Çempionlar Liqasına daxil olması bizim arzumuzdur, lakin bunun üçün hələ tezdir #1TVSPORT

Gürcüstanın birinci kanalının “Futbol Taym-aut” proqramının eksperti, Tbilisinin əfsanəvi “Dinamo”sunun hücumçusu Vladimir Qutsayev Batuminin “Dinamo”sunu çempionluq münasibəti ilə təbrik edib, ona Avropa çempionatında uğurlar arzulayıb. Bununla belə, o, indiki mərhələdə Gürcüstan komandasının Çempionlar Liqasına çıxmasına o qədər də ümidinin olmadığını gizlətməyib.

“Məncə, Gürcüstan komandaları üçün Avropa turnirlərinin, xüsusilə Çempionlar Liqasının qrup mərhələsinə düşmək barədə düşünmək üçün hələ tezdir. Bunu mütləq demək lazımdır.

Niyə? İlk növbədə ona görə ki, biz Çempionlar Liqasına nə futbolçular, nə də maddi cəhətdən hazır deyilik. Avropa klubları Çempionlar Liqasına çıxmaq üçün ildə təkcə transferlərə 100 milyon, bir o qədər də komanda hazırlığına xərcləyirlər, amma bunun qarşılığında heç nə əldə etməyə də bilərlər.

Hazırda Çempionlar Liqasına çıxmaq bizim arzumuzdur, lakin bizə vəziyyətə real baxmaq və qiymətləndirmək lazımdır. Gürcüstan komandaları üçün hələ tezdir və bizim görüləsi işimiz çoxdur”, – Vladimir Qutsayev bildirib.