Futbol Federasiyası - Beliaşvili küçəsində baş verən insindentlə bağlı dostluq matçı aprelin 14-də keçiriləcək
Futbol Federasiyası - Beliaşvili küçəsində baş verən insindentlə bağlı dostluq matçı aprelin 14-də keçiriləcək

Gürcüstan vətənadaşları və Gürcüstana qonaq gələn qara dərili tələbələr arasında baş verən insindentə cavab olaraq, keçirilən dostluq matçı aprelin 14-də baş tutacaq.

Gürcüstanın futbol federasiyasının məlumatına görə, futbol matçı Beliaşvili küçəsindəki stadionda saat 18:00-da keçiriləcək.

“Aprelin 8-də Beliaşvili küçəsindəki stadionda baş verən insindentə cavab olaraq, dostluq matçının təşkil edilməsi barədə paytaxtın meri Kaxa Kaladzenin təşəbbüsünü salamlayırıq. Matç insindentdə iştirak edən Gürcüstan vətəndaşları və qara dərili qonaq tələbələr arasında aprelin 14-də saat 18:00-da keçiriləcək. Bu matçın keçirilməsi çox önəmlidir, çünki hərkəsin futbol oyunundan həzz ala bilmək haqqı var” – deyilir Futbol Federasiyasının bəyanatında.

“Futbol sosiyal fenomen olaraq, hər bir cəmiyyətin ayrılmaz hissəsidir. Bizim əsas mesajımız, necə futbol meydanında, eləcədə, onun çərçivələrindən kənarda odur ki, futbol hərkəsin bərabərliyinin və cəmiyyətin birliyinin simvolu olsun” – deyilir bəyanatda.

Xatırladaq ki, Tbilisinin meri Kaxa Kaladze Beliaşvili küçəsində baş verən insindentin iştirakçıları arasında dost fubol matçının keçirilməsi təşəbüsünü bugün irəli sürdü. Bu barədə bəyanatı Kaxa Kaladze paytaxtın hökümət iclasında verdi.

Kaxa Kaladze Futbol Federasiyasının prezidenti Levan Kobiaşvilidən xahiş etdi ki, söz edilən matç bu həftənin sonu üçün təşkil edilsin.

Paytaxt merinin bəyanatına görə, baş verən hadisə çox çirkin görüntü yaradırdı, çünki gürcülər əslində qonaqlara belə yanaşmırlar və ümid etdi ki, bu insindent yaddan çıxacaq.

“Tbilisi ən tolerant şəhərlərdən biridir, Beliaşvili küçəsində nə baş verdiyini istintaq müəyyən edəcək, ancaq bu gördüyümüz çox çirkin görüntülər idi. Futbol Federasiyasının prezidentindən xahiş etdim ki, həftənin sonuna qədər Afrikadan gələn tələbələr və yerlilər arasında dost matçı keçirilsin” – dedi Kaladze.

Xatırladaq ki, aprelin 8-də, sosiyal şəbəkədə video yayıldı, hansında görünür ki, Beliaşvili küçəsindəki stadionlardan birində yerli əhali Afrikalı tələbələri döyərək, futbol stadionundan qoylayır.

Baş verən insindentlə bağlı istintaq aparılır.