Freedom House-un hesabatına görə, Gürcüstan yenə qismən azad ölkələr arasına daxil oldu

Beynəlxalq təşkilat Freedom House “dünyada azadlıq haqqında” 2018-ci ilin hesabatını təqdim etdi.

Hesabata əsasən, Gürcüstan yenə qismən azad ölkələr arasına daxil oldu. Ona 100-dən 64 bal verildi və bu göstərici son üç ildir Gürcüstan üçün dəyişirilmir.

İnsan azadlığı, siyasi hüquqlar və vətəndaşlıq azadlığı baxımından Gürcüstana yeddidən üç bal verilib.

Hesabatın müəllifləri qeyd edirlər ki, Avrasiya regionunda demokratiya üçün ən böyük təhlükə odur ki, avtoritar qüvvələr opponentlərini ölkə sərhədindən kənar da cəzalandıra bilirlər.

“Azərbaycandan qaçqın olan jurnalist Əfqan Muxtarlı Tbilisidən oğurlandı və iddialara görə, onu Azərbaycan sərhədinə qədər, gürcü dilində danışan şəxslər aparıblar. Bu da şok edici bir haldır ki, Gürcüstan iqtidarı bu qaçırdılmanın həm-iştirakçısı ola bilər” – deyilir bəyanatda.