Freedom House hesabatında "İmedi" teleşirkəti ilə bağlı buraxdığı səhvləri də düzəltdi
Beynəlxalq təşkilat Freedom House 2017-ci ilin hesabatında mediaholdinq “İmedi” ilə bağlı yayılan iki yanlış faktı qəbul etdi və düzəltdi.
Bu barədə təşkilatın veb-səhifəsində məlumat yayıldı.
Məlumatı IMEDINEWS yayır.
Xatırladaq ki, ona qədər beynəlxalq qeyri-hökümət təşkilatı keçid dövründə olan ölkələr haqqında 2017-ci ilin hesabatında İctimai Yayımçı ilə bağlı buraxdığı səhvi düzəltmişdi.
Hesabatda deyilirdi ki, Vasil Mağlaperidze İctimai Yayımçının baş direktoru seçildikdən sonra, parlament iclaslarını birbaşa yayan İkinci Kanalı bağladı.