Fransada etiraz aksiyası polislə toqquşmaya çevrilib

11:53, 11.06.2024

 
Fransanın paytaxtı Parisdə etiraz aksiyası keçirilib. Aksiyanın iştirakçıları Avropa Parlamentinin seçkilərində Fransada ifrat sağçıların qalib gəldiyi ilkin nəticələrə etiraz edirdilər.

Etiraz aksiyası polislə toqquşmaya çevrilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Avropa Parlamentinin seçkilərində Marin Le Penin partiyası “Milli Birlik” səslərin (RN) 30%-dən çoxunu, Fransanın Prezidenti Emmanuel Makronun “Renessans” partiyası isə səslərin 14,6%-ni toplayıb. Avropa Parlamentinin seçkilərinin nəticələrinin dərc edilməsindən sonra Fransanın Prezidenti Emmanuel Makron Fransada növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar qəbul edib.

Oxşar