Fransa 2023-cü ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu
Fransa 2023-cü ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu

 
Fransa təmsilçisi Zoe Klauzure 228 xalla 2023-cü ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu.

Tamaşaçılar və münsiflər heyətinin qərarına əsasən, Gürcüstan 14-cü yerdə qərarlaşdı.

Gürcüstan aşağıdakı ölkələrin münsiflər heyətindən xal alıb: İspaniyadan – 5 xal, İrlandiyadan – 3 xal, Ermənistandan – 4 xal, Portuqaliyadan – 5 xal, İtaliyadan – 3 xal, Almaniyadan – 1 xal. Onlayn səsvermələrə əsasən isə, Gürcüstan 53 bal toplayıb. Gürcüstan ümumilikdə 74 xalla 14-cü yerdə qərarlaşıb.

Gürcüstanın münsiflər heyətinin xalları belə bölüşdürülüb :

Anastasia, Oto və Nikoloz tamaşaçılara Betxo və Mebo Nutsubidzenin yazdığı Over The Sky mahnısını təqdim ediblər.

Müğənnilərlə yanaşı, avroviziya səhnəsinə daha iki rəqqasə – Nita Camaqidze və Barbara Kacaia çıxıb.

Əsas şüarı Heros/ qəhrəmanlar olan 2023-cü ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsi Fransanın Nitsa şəhərində keçirilib.