Frank-Valter Ştaynmayer - Vladimer Putinin Ukraynaya qarşı apardığı müharibə həm də Avropanın birliyinə qarşı müharibədir
Frank-Valter Ştaynmayer - Vladimer Putinin Ukraynaya qarşı apardığı müharibə həm də Avropanın birliyinə qarşı müharibədir

 

Rusiya prezidenti Vladimer Putinin Ukraynaya qarşı apardığı müharibə həm də Avropanın birliyinə qarşı müharibədir-bu barədə Almaniya prezidenti Frank-Valter Ştaynmayer bildirib.

Almaniya prezidenti Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi şəraitində Avropanın vahid mövqeyini qoruyub saxlamalı olduğunu bildirib.

“Bizi parçalamalarına imkan verməməliyik. Biz vahid Avropanın böyük işinin məhv olmasına imkan verməməliyik. Söhbət ikiqat mənada dəyərlərimizin və dünya sistemimizin ümumiliyindən gedir”- deyə Ştaynmayer bildirib.