Fövqəladə vəziyyət zamanı texniki baxışdan keçməli olan avtomobil sahiblərinə texniki baxış üçün iki aylıq müddət verilib
Fövqəladə vəziyyət zamanı dövri texniki baxışdan keçməli olan avtomobil sahiblərinə texniki baxışdan keçmək üçün əlavə iki aylıq vaxt verilib.
Quru Nəqliyyat Agentliyinin rəhbəri Mixeil Xmaladzenin sözlərinə görə, nəqliyyat vasitələrinin sahibləri cari ilin iyul ayının 21-dək nəqliyyat vasitələrini texniki baxışdan keçirtməlidirlər.
“Texniki baxışdan artıq bu gündən keçməli olanlar, nəqliyyat vasitələrini texniki baxışdan keçirtməlidirlər, əks halda 50 lari miqdarında cərimələnəcəklər. Dövri texniki baxışdan fövqəladə vəziyyət müddətində keçməli olan nəqliyyat vasitələri üçün əlavə 60 təqvim günü müəyyən olunacaq, yəni iyulun 21-dək onlar dövri texniki baxışdan keçə biləcəklər. Məsələn, əgər bu gün və ya önümüzdəki günlərdə texniki baxışdan keçməlidilərsə ,o zaman bu insanlar dövri texniki baxışdan vaxtındaca keçməlidirlər “-deyə Mixeil Xmaladze bildirib.
Hazırladı-Sevinc Mustafayeva