Fövqəladə rejimin pozulmasının 101 yeni faktı qeydə alındı
Fövqəladə rejimin pozulmasının 101 yeni faktı qeydə alındı

Son 24 saat ərzində, hüquqmühafizəçilər tərəfindən həyata keçirilən monitorinq nəticəsində, bütün ölkə miqyasında, fövqəladə rejimin və komendant saatı məhdudiyyətləri qaydalarının pozulmasının 101 halı qeydə alındı.

Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Polis mayın 18-də saat 21-dən mayın 19-u səhər saat 6-ya qədər, komendant saatı qaydalarının pozulması faktları ilə bağlı 92 nəfəri cərimələdi.

Avtomobil ilə hərəkət qaydalarının pozulması faktı ilə bağlı isə, 8 nəfər cərimələndi.

Daxili İşlər Nazirliyi bütün vətəndaşlara müraciət edir ki, fövqəladə rejim qaydalarını qorumağa davam etsinlər.

Xatırladaq ki, fövqəladə vəziyyət rejimi qaydalarının pozulması üçün cərimə fiziki şəxslər üçün 3 000 laridir, hüquqi şəxslər üçün isə, 15 min laridir.