Fövqəladə Halların İdarəedilməsi Xidməti - yüksək temperatur və yağmursuz hava şəraiti davam edəcək , bu səbəbdən, meşə və çöl yanğınları riski artır , sizləri yüksək vətəndaş məsuliyyəti göstərməyə çağırırıq
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti bəyanat yayır.
Bəyanatda da qeyd olunduğu üzrə , önümüzdəki günlər ərzində həm qərbi, həm də şərqi Gürcüstan miqyasında yüksək temperatur və yağmursuz hava şəraiti davam edəcək və bu səbəbdən, meşə və çöl yanğınları riski artır.
“Fövqəladə Halların İdarəedilməsi Xidməti olaraq, mümkün fəsadların qarşısını almaq üçün sizi yüksək vətəndaş məsuliyyəti göstərməyə, kənd təsərrüfatı torpaqlarında, meşə və ya çöl yaxınlığında ocaq qalamamağa və yanğın ocaqlarını nəzarətsiz qoymamağa çağırırıq. Məişət tullantılarının öz-özünə alovlana biləcəyini unutmayın, buna görə də ətraf mühiti çirkləndirməyin.Tüstü və ya yanğın qeydə alsanız dərhal Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə ,112-yə xəbər verin ”, – deyə bəyanatda qeyd olunub.