Fövqəladə Halların İdarə Olunması Xidmətinə ABŞ-ın Müdafiə Əməkdaşlığı Ofisindən yanğınsöndürmə -xilasetmə avadanlığı verilib

 
DİN-nin Fövqəladə Halların İdarə Olunması Xidmətinə ABŞ-ın Müdafiə Əməkdaşlığı Ofisi ( US ODC) ilə olan əməkdaşlıq çərçivəsində yanğınsöndürənin şəxsi xəbərdarlıqedici və təhlükəsizlik sistemi, generator, su nasosu, işıqlandırma sistemi, hidravlik avadanlıq və müxtəlif yanğınsöndürmə və xilasetmə əməliyyatlarını həyata keçirmək üçün lazım olan avadanlıq verilib.

Fövqəladə Halların İdarə Olunması Xidmətindən verilən məlumata görə, xüsusi vasitələr Yanğınsöndürən-xilasedici Qüvvələr Departamentinin əməkdaşları üçün nəzərdə tutulub və onlardan həm yanğınsöndürmə, həm də xilasetmə əməliyyatları, eləcə də təlim-məşq məqsədləri üçün istifadə olunacaq.

Qurumun Fövqəladə Hallar Baş İdarəsinin bazasında avadanlığın rəsmi təhvil-təslim mərasimi keçirilib. Tədbirdə Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi- Teymuraz Mqebrişvili, onun birinci müavini Levan Ğirsiaşvili və Yanğınsöndürən-xilasedici Qüvvələr Departamentinin rəisi Davit Suxişvili iştirak edib. ABŞ tərəfini Avropa Komandanlığının generalı Edvard Vauqan, ABŞ-ın Əməkdaşlığın İnkişaf Ofisinin rəhbəri Pavilas Strazda və US ODC-nin ikitərəfli əlaqələr üzrə zabiti Daniel Sekula təmsil edib.

Fövqəladə Halların İdarə Olunması Xidmətini ABŞ-ın Müdafiə Əməkdaşlığı Ofisi ilə işgüzar əlaqələrin bir neçə illik tarixi birləşdirir. US ODC-nin dəstəyi ilə müxtəlif vaxtlarda qurum yanğınsöndürmə-xilasetmə avadanlıqları ilə təmin edilib. Bundan başqa, yanğınsöndürən-xilasedicilərə bir neçə istiqamət üzrə təlimlər keçirilib. Amerika tərəfindən yanğınsöndürmə avadanlığının təhvil verilməsi gələcəkdə də fəal şəkildə davam etdiriləcək uğurlu tərəfdaşlığın növbəti təsdiqidir.