Fövqəladə Halların İdarə Edilməsi Xidməti - bu həftə havanın temperaturunun yüksələcəyi gözlənilir, meşə yanğınları riski artır, yanğın ocağı və ya tüstülənmə müşahidə etsəniz, 112-yə zəng edin
Fövqəladə Halların İdarə Edilməsi Xidməti - bu həftə havanın temperaturunun yüksələcəyi gözlənilir, meşə yanğınları riski artır, yanğın ocağı və ya tüstülənmə müşahidə etsəniz, 112-yə zəng edin

 
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidməti bəyanat yayır.

“Bu həftə ərzində ölkənin bütün ərazisində havanın temperaturunun yüksələcəyi gözlənilir, bu zaman meşə yanğınları riski artır. Yanğın ocağı və ya tüstülənmə müşahidə etsəniz, 112-yə zəng edin.

Vətəndaşlara qeyd olunan məlumatları özündə əks etdirən qısa mətn bildirişi göndəriləcək”- deyə bəyanatda qeyd olunub.