Fövqəladə Halların İdarə Edilməsi Xidməti temperaturun artacağı ilə bağlı əhaliyə xəbərdarlıq edir
Fövqəladə Halların İdarə Edilməsi Xidməti temperaturun artacağı ilə bağlı əhaliyə xəbərdarlıq edir

 

Fövqəladə Halların İdarə Edilməsi Xidməti əhaliyə xəbərdarlıq edir. İdarə tərəfindən yayılmış məlumatda da qeyd edildiyi üzrə, önümüzdəki günlər ərzində Şərqi Gürcüstanda yüksək temperatur, yağmursuz hava şəraiti qorunacaq, bu səbəbdən meşə və çöl yanğınları riski artır.

Fövqəladə Halların İdarə Edilməsi Xidməti vətəndaşları yüksək mülki məsuliyyət göstərməyə çağırır.

“Bildirmək istərdik ki, önümüzdəki günlər ərzində Şərqi Gürcüstanda yüksək temperatur və yağmursuz hava şəraiti qorunacaq, bu səbəbdən meşə və çöl yanğınları riski artır. Fövqəladə Halların İdarəedilməsi Xidməti olaraq, mümkün fəsadların qarşısını almaq üçün sizi yüksək mülki məsuliyyət göstərməyə, kənd təsərrüfatı torpaqlarında, meşə və ya çöl yaxınlığında ocaq qalamamağa və yanğın ocaqlarını nəzarətsiz qoymamağa çağırırıq.

Məişət tullantılarının öz-özünə alovlana biləcəyini nəzərə almaq lazımdır, buna görə də ətraf mühiti çirkləndirməyin.

Tüstü və ya yanğın qeydə alsanız dərhal Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə ,112-yə xəbər verin”- deyə məlumatda qeyd olunur.