Fövqəladə Hallar İdarəsinin Xidməti, yanğın təhlükəsizliyi qaydalarının qorunmadığı obyektləri açıqlayacaq
Fövqəladə Hallar İdarəsinin Xidməti yaxın gələcəkdə yanğın təhlükəsizliyi qaydalarının qorunmadığı obyektlər haqqında məlumat yayacaq.
Bu barədə məlumat idarə tərəfindən yayılan bəyanatda verilir.
Fövqəladə Hallar İdarəsinin Xidmətinin bəyanatına görə, son zamanlar yanğın tərəfindən verilən zərər çox ciddidir və ölkə miqyasında bütün obyektlərin təhlükəsizlik qaydalarının qorunması prinsipal bir məsələdir.
“Fövqəladə hallar xidməti periodik şəkildə, ölkə miqyasındaki obyektləri yoxlayır və yoxlanış nəticələrini mütləq ictimaiyyətə bildirəcək. Xüsusi diqqət isə, insanların kütləvi şəkildə toplandığı yerlərə yetiriləcək” – deyilir idarənin bəyanatında.
Xidmətin dediyinə görə, ictimaiyyətin hansı obyektlərdə təhlükəsiz olub-olmadığını bilməyə haqqı var.
“Bununla yanaşı, yaxın gələcəkdə, təhlükəsizlik qaydalarının pozulması üçün cəza tədbirlərinin sərtləşdirilməsi tələbi ilə müvafiq qanunverici paket hazırlayacağıq” – deyilir bəyanatda.