"Forsaj-9"-un epizodlarının çəkilişinə görə, sabah Tbilisidə, Varazi küçəsində nəqliyyat hərəkatı məhdudlaşdırılacaq
"Forsaj-9"-un epizodlarının çəkilişinə görə, sabah Tbilisidə, Varazi küçəsində nəqliyyat hərəkatı məhdudlaşdırılacaq

Hollivud filmi olan “Forsaj-9”-un epizodlarının çəkilişinə görə, sabah Tbilisidə, Nutsubidze platosu tərəfində, Varazi küçəsində nəqliyyat hərəkatı saat 11:00-dan 15:00-a qədər məhdudlaşdırılacaq.

Məhdudiyyət saatlarında, 5-ci mikrorayondan Jğenti küçəsinə doğru munisipal avtobus və piyadalar üçün yol açıq olacaq.

Tbilisi meriyası yaranan diskomforta görə, əhalidən üzr istəyir.