"Formula" tele-şirkətinin jurnalisti Vaxo Sanaiaya hücum etmək ittihamı ilə üç nəfər həbs olundu
"Formula" tele-şirkətinin jurnalisti Vaxo Sanaiaya hücum etmək ittihamı ilə üç nəfər həbs olundu

Patrul polisi “Formula” tele-şirkətinin jurnalisti Vaxo Sanaiaya hücum etmək ittihamı ilə üç nəfəri həbs etdi.

Bu haqda məlumat Daxili İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda verilir.

“İstintaq nəticəsində məlum oldu ki, ittiham olunan şəxslər alkohol təsiri altında, “Formula” teleşirkətinin jurnalisti və onun qohumuna qarşı fizki zorakılıq etdilər.

Operativ istintaq nəticəsində, jurnalistə hücum edən hər üç nəfər həbs olundu.

İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prima hissəsinin “b” və “q” alt maddələrinə əsasən aparılır” – deyilir DİN-in bəyanatında.