"Forbes" nəşri Ukraynada davam edən müharibə ilə bağlı məlumat yayır
Rusiya Ukrayna ərazisinin 20 faizini işğal edib-bu barədə “Forbes” nəşri məlumat yayır.
Nəşrin yaydığı məlumata əsasən, fevralın 23-nə olan vəziyyətə görə rus işğalçıları 43300 kv.km ərazidə olublar, bu Ukrayna ərazisinin 7%-ni təşkil edirdi. Hazırda bu ərazi 2,9 dəfə böyükdür və 125 min kv.km ərazini əhatə edir.
“Forbes” yazır ki, 2014-cü ildən Rusiya ordusu Macarıstan və Bolqarıstanın birləşmiş ərazilərini üstələyəcək böyüklükdə Ukrayna torpaqlarını işğal edib.
Nəşrin məlumatına görə, müvəqqəti nəzarət olunmayan ərazilər Krım Muxtar Respublikasını, Donetskin, Luqansk, Xarkov, Xerson, Zaporojye bölgələrinin bir hissəsini və Sevastopol şəhərini əhatə edir. Müharibə zamanı Ukrayna silahlı qüvvələri Kiyev, Çerniqov, Sumı, Nikolayev və Jitomir rayonlarını rus işğalçılarından tamamilə azad ediblər. Ukraynanın ümumi sahəsi 603 548 kvadrat kilometrdir.