Flynas hava şirkəti Gürcüstan və Səudiyyə Ərəbistanı arasında müntəzəm fəaliyyət istiqamətlərini və uçuş tezliyini artırır

Mülki Aviasiya Agentliyinin məlumatına əsasən, Səudiyyə Ərəbistan  Krallığının aşağı büdcəli  Flynas hava şirkəti Gürcüstan istiqamətində  uçuşların intensivliyini artırır və bir müntəzəm marşrut əlavə edir.

Onların sözlərinə görə, yay naviqasiya mövsümünün pik dövründə aviaşirkət müntəzəm reysləri  həftədə 4 istiqamətdən ,11 əlavə tezliklə həyata keçirəcək.

“Gürcüstan Mülki Aviasiya Agentliyinə təqdim olunan müraciətə əsasən, bu gündən etibarən iyulun sonunadək, aviaşirkət uçuşları aşağıdakı qrafikə uyğun həyata keçirəcək:

Tbilisi – Kasimi – Tbilisi yeni hava xəttində  həftədə 3 dəfə, hər çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uçuşlar  həyata keçiriləcək;

Riyad – Tbilisi – Riyad  hava xəttinə, 3 tezlik əlavə edilir və ümumilikdə müntəzəm uçuşlar həftədə 6 dəfə, hər çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək;

Ciddə – Tbilisi – Ciddə hava xəttinə, 3 tezlik əlavə olunur və ümumilikdə həftədə 7 dəfə ,hər gün müntəzəm uçuşlar həyata keçiriləcək;

“Dammam – Tbilisi – Dammam istiqamətində uçuşlar əlavə 2 tezliklə həyata keçiriləcək və ümumilikdə uçuşlar həftədə 6 tezliklə həyata keçiriləcək – hər bazar ertəsi, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri.” -deyə məlumatda qeyd olunub.