Floridada məktəblərin birinə silahlı hücumu planlaşdıran 15 yaşlı yeniyetməni yaxaladılar
Floridada məktəblərin birinə silahlı hücumu planlaşdıran 15 yaşlı yeniyetməni yaxaladılar

Hüquqmühafizəçilər Florida ştatında məktəblərin birinə silahlı hücumu planlaşdıran 15 yaşlı yeniyetməni yaxaladılar.

Bu barədə məlumatı Brouder Polis Departamenti yayır.

Onların məlutaına görə, istifadəçilərdən biri instagramda potensial qurbanlarının siyahısını da dərc etdirirdi.

Hüquqmühafizəçilər  onun kimliyini müəyyənləşdirdilər və baş verənlərdən bir neçə saata yaxaladılar.

Yeniyetmənin dediyinə görə, o, yalnız qohumlarını qorxutmaq istəyirdi. Hazırda, o, üçüncü dərəcəli cinayətin üçün ittiham olunur.