Fitch Ratings - Gözləntilərimizə görə, inflyasiya 2024-25-ci illərdə Gürcüstan Milli Bankının hədəfləri çəeçivəsində qalacaq
Fitch Ratings - Gözləntilərimizə görə, inflyasiya 2024-25-ci illərdə Gürcüstan Milli Bankının hədəfləri çəeçivəsində qalacaq

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Gürcüstanın suveren kredit reytinqinin yeni qiymətləndirməsini dərc edib və bu qiymətləndirməyə əsasən, Fitch Ratings Gürcüstanın suveren reytinqini dəyişməyərək, “müsbət qiymətləndirmə” ilə BB səviyyəsində saxlayıb. Bu barədə Gürcüstan Milli Bankı məlumat yayır.

Fitch Ratings hesabatı müsbət perspektivin saxlanmasına kömək edən amillərə diqqət yetirir. Buna idarəetmə, əhəmiyyətli dərəcədə yüksək iqtisadi artım, aşağı inflyasiya, etibarlı makroiqtisadi və fiskal siyasət çərçivəsi, güclü bank sektoru və s. daxildir.

Beynəlxalq reytinq agentliyi Avropa İttifaqına qəbul perspektivinin və Gürcüstanın namizəd statusunun vacibliyini də vurğulayır.

Hesabatda qeyd edildiyinə görə, güclü baza effektləri və güclü lari 2023-cü ilin sonuna inflyasiyanın 0,4%-ə qədər azalmasına səbəb olub (GMB hədəfi: 3%).

“Fitch 2024-2025-ci illərdə orta illik inflyasiyanın GMB-nın hədəf diapazonunda qalacağını gözləyir. Milli Bank 2023-cü ildə faiz dərəcələrini cəmi 150 baza bəndi azaldıb 9,5%-ə endirib və həddindən artıq kredit artımının (2023-cü ilin noyabrınadək nominal 17,3%) qarşısını almaq üçün yumşaldılma tempi ilə ehtiyatlı olmağa hazırdır”, – Fitch Ratings hesabatında bildirib.

Məlumatı Gürcüstan Milli Bankı yayıb.