Finlandiyanın xarici işlər naziri - Biz gürcü xalqına deyil, konkret olaraq Gürcüstan hökumətinə şamil edilən tədbirlərə açığıq
Finlandiyanın xarici işlər naziri - Biz gürcü xalqına deyil, konkret olaraq Gürcüstan hökumətinə şamil edilən tədbirlərə açığıq

 
Mesajımız yüksək səsli və aydındır, biz gürcü xalqını demokratiya, müstəqillik, insan hüquqları, qanunun aliliyinə doğru gedən yolda dəstəkləyirik-bu haqda Finlandiyanın xarici işlər naziri Elina Valtonen Lüksemburqda, Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü başlamazdan deyib.

Valtonen, bunun, Gürcüstanda mövcud vəziyyətlə bağlı xarici işlər nazirləri səviyyəsində ilk hərtərəfli müzakirə olacağını bildirib.

“Biz gürcü xalqını demokratiya, müstəqillik, insan hüquqları, qanunun aliliyinə doğru gedən yolda dəstəkləyirik. Həmçinin, onlar hökumətlərindən bunun üçün qapını açmağı xahiş etdilər. Eyni zamanda, hökumət xalqın həqiqi istəyinə zidd addımlar atarkən, biz hakimiyyətə müqavimət göstərmək və eyni zamanda xalqın ümidini qoruyub saxlamaq üçün tədbirlər haqqında düşünməliyik.

Tədbirlər var. Məsələn, gürcü yüksək vəzifəli şəxslərin Avropaya səfərini çətinləşdirmək bizim edə biləcəyimiz işdir. Bu, sanksiyalar mənasına gələ bilər. Biz gürcü xalqına deyil, konkret olaraq Gürcüstan hökumətinə şamil edilən tədbirlərə açığıq”- Elina Valtonen açıqlayıb.

Bu gün Lüksemburqda Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrelin rəhbərliyi ilə Avropa Şurasının xarici işlər nazirlərinin görüşü keçiriləcək. Müzakirə olunacaq məsələlər arasında Gürcüstan da olacaq.