"Financial Times" Gürcüstanın seçilmiş prezidenti, Salome Zurabişvilinin məqaləsini dərc etdirir
"Financial Times" Gürcüstanın seçilmiş prezidenti, Salome Zurabişvilinin məqaləsini dərc etdirir

Dəyərlərin müdafiəsi üçün Gürcüstan qərbin dəstəyi lazımdır, – bu başlıqlı məqaləni “Financial Times” dərc etdirir. Nəşrin müəllifi Gürcüstanın seçilmiş prezidenti, Salome Zurabişvilidir.

“Buna bir əsr lazım gəldi, lakin nəhayət görürəm ki, nənə-babamın arzusu yerinə yetdi – noyabrın 28-də məni Gürcüstanın ilk qadın prezidenti olaraq seçdilər. Bu, mənim vətənim üçün irəliyə doğru atılmış addımdır”, – Zurabişvili yazır.

Məqalədə Gürcüstanın seçilmiş prezidenti yazır ki, onun əcdadları Gürcüstanı Qırmızı Ordunun işğalına görə tərk etməli oldular. “Lakin onlar vətənə sevgilərini və ümidini ki, Gürcüstan yenə demokratik olacaq, itirməyiblər”, – məqalədə deyilir.

Salome Zurabivilinin bəyanatına görə, Fransada diplomat işləyərkən həmişə Gürcüstanın maraqlarını müdafiə edirdi.

Elə onun dediyinə görə, Gürcüstan üçün tərəqqi çətin nailiyyət idi.

“Seşkilərdə qələbəmi Avropa və qərbin qələbəsi kimi dəyərləndirirəm. Gürcüstan Qafqazda Avropa və ABŞ-nın sadiq hərbi müttəfiqidir. Lakin Rusiya yenə də Gürcüstanın beşdə birini zəbt edib. Bu 2008-dən sonra belədir. Bizə qərbin dəstəyi lazımdır ki, birlikdə ərzi bötüvlüyü diplomatik yolu ilə bərpa edək”, – Gürcüstanın seçilmiş prezidenti yazır.

Elə onun bəyan etdiyinə görə, and içdikdən sonra çalışacaq ki, ölkəni birləşdirsin.