"Financial Times" - "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çinin Rusiyaya investisiyaları sıfıradək düşür
"Financial Times" - "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Çinin Rusiyaya investisiyaları sıfıradək düşür

 
“Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çin Rusiyaya investisiyaları dayandırıb-bu barədə “Financial Times” məlumat yayır.

Nəşr, qlobal təşəbbüs çərçivəsində Çinin investisiyasının Rusiyada proqramın mövcud olduğu dövrdə ilk dəfə olaraq sıfıradək düşdüyünü yazır.

Nəşr, Çinin Rusiyaya investisiyaları yavaşlatmaqla Yaxın Şərqlə münasibətlərini dərinləşdirdiyini yazır.

Nəşr , Pekinin Ukraynadakı müharibə fonunda sanksiyalara məruz qalmaq istəmədiyini qeyd edir.

Ekspertlər, investisiyalardakı enişin müvəqqəti ola biləcəyini, çünki həqiqətən də Rusiya ilə Çin arasında “güclü qarşılıqlı əlaqə”nin mövcud olduğunu iddia edirlər. Rusiyanın Ukraynaya qarşı müharibəsinə baxmayaraq, Çin rus enerji resurslarının alışını artırıb.