Fiqurlu konkisürmə üzrə Avropa çempionatı | Anastasiya Qubanova gümüş medal qazandı #1TVSPORT
Anastasiya Qubanova Litvanın Kaunas şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatında qadınlar arasında gümüş medal qazanıb.
Qısa proqramdan sonra Gürcüstan millisinin üzvü 68,96 xal toplayaraq üçüncü yeri tutub. Qubanova bu gün sərbəst proqramda 137,56 bal toplayıb və ümumilikdə 206,52 xalla ikinci yeri tutub.
Belçikalı Loena Hendricks (213,25) Avropa çempionu, onun həmyerlisi Nina Pinzarone (202,29) üçüncü yeri tutub.
Alina Urushadze də bu gün yarışıb, o, iki proqram üzrə 140,66 xal toplayaraq Avropa çempionatında 22-ci yeri tutub.
Xatırladırıq ki, Anastasiya Qubanova 2023-cü ildə Avropa çempionu olub.
Müəllif -
Mehemmed Bayramaliyev