FİFA Prezidenti hər ölkədə bir stadiona Pele adının verilməsini istəyir #1TVSPORT
FİFA Prezidenti hər ölkədə bir stadiona Pele adının verilməsini istəyir #1TVSPORT

 

FIFA Prezidenti Canni İnfantino hər ölkədə heç olmazsa bir stadiona əfsanəvi braziliyalı futbolçu Pelenin adının verilməsi təşəbbüsü ilə çıxış edir. Mətbuatda yayılan məlumatlara əsasən FİFA bu xahiş ilə yaxın gələcəkdə təşkilata üzv olan futbol federasiyalarına müraciət edəcək.

“Əlbəttə, hamımız məyusuq, lakin o, bizə çoxlu təbəssümlər bəxş etdiyi üçün hələ də gülümsəyirik. Bütün dünyadan onu bir dəqiqəlik sükutla yad etməyi xahiş edirik. Biz heç olmazsa bir stadiona Pele adının verilməsi xahişi ilə bütün dünya ölkələrinə müraciət etməyi planlaşdırırıq” – deyə FİFA Prezidenti açıqlayıb.

Xatırladaq ki, Pele dekabrın 29-da 83 yaşında vəfat edib. Əfsanəvi braziliyalı futbol tarixində üç dəfə (1958, 1962, 1970) dünya çempionu adını qazanan yeganə şəxsdir. Pele Braziliya millisində 92 oyun keçirib və 77 qol vurub.