Fevralın sonundan marşrut taksiləri sadəcə xüsusi duraqlarda dayanacaqlar

Yol hərəkətinin tənzimlənməsi məqsədi ilə, 2018-ci ilin fevral ayının sonundan marşrut taksiləri artıq sadəcə xüsusi duraqlarda dayanacaqlar.

Tbilisi meriyasının bəyan etdiyinə görə, layihənin pilot veriyası üçün 14 küçə seçildi, harda ki, “marşutkalar” sadəcə duraqlarda saxlayıb, yolçuları oradan götürə biləcəklər.

Daha sonra layihə bütün Tbilisiyi əhatə edəcək.

Layihənin məqsədi təhlükəsizlik normalarının qorunması və şəhərin tıxanclardan azad edilməsidir.

Pilot rejimi üçün: Kostava küçəsi, Vaja-Pşavela prospekti, Melikişvili küçəsi, Rustaveli prospekti, Kazbegi küçəsi, Çavçavadze küçəsi, Kaxeti yol kəsiyi, Şartava küçəsi, Qorqasali küçəsi və Marşal Gelovani küçəsi seçildi.