Fevralın 15-dən Tbilisi, Rustavi və Kutaisidə təhsil prosesi sinif otaqlarında davam edəcək
Fevralın 15-dən Tbilisi, Rustavi və Kutaisidə təhsil prosesi sinif otaqlarında davam edəcək

Fevralın 15-dən Tbilisi, Rustavi və Kutaisidə təhsil prosesi sinif otaqlarında davam edəcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki hökümət iclasında verdi.

“Fevralın 15-dən uşaqlarımız təhsil prosesinə sinif otaqlarında davam edəcəklər” – dedi baş nazir.

Baş nazirin dediyinə görə, ölkədə müsbətlik göstəricisi iki faizdən aşağa düşdü və bu da yavaş-yavaş məhdudiyyətləri aradan qaldırmaq imkanı verir.

“Biz demişdik ki, ölkədə müsbət dinamika qorunsa, məhdudiyyətlər planlaşdırıldığından daha tez qaldırıla bilər. İndi biz hamımız əlimizdən gələni etməliyik ki, yaz fəslinin sonunda və yay aylarında iqtisadiyyatımızın və turizmin bərpasına yardımçı olaq. Bugünki epid-vəziyyət mövcud olan məhdudiyyətləri planlaşdırdığımızdan biraz daha tez qaldırmağımız üçün imkan verir və bu dinamikayı qorumalıyıq” – dedi baş nazir.