Fevralın 1-dən dəyişiklik qüvvəyə minəcək, dəyişikliyə əsasən, ailə həkimləri onlarda qeydiyyatda olan kovid pasiyentlərin mənzildə idarəedilməsini təmin edəcəklər

 
Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, sabahdan, fevralın 1-dən dəyişiklik qüvvəyə minəcək, dəyişikliyə əsasən, ailə həkimləri onlarda qeydiyyatda olan kovid pasiyentlərin mənzildə idarəedilməsini təmin edəcəklər.

O, mərkəzi onlayn klinikada həkimlərin sayının və onlayn klinikaların sayının artırılmasına baxmayaraq, pasiyentin öz ailə həkimi ilə əlaqə saxlamasının daha yaxşı olacağını qeyd edib.

“Öz mənzilində olduqca çoxlu pasiyent var. Son dövrlərdə onlayn klinikaların, eləcə də Mərkəzi Onlayn Klinikada həkimlərin sayını artırmışıq, lakin birmənalı olaraq razılaşırıq ki, pasiyent öz ailə həkimi ilə əlaqə saxlasa daha yaxşı olar. Sabahdan, fevralın 1-dən dekabrın sonunda planlaşdırılan dəyişiklik qüvvəyə minəcək – hər kəs prioritet olaraq öz ailə həkiminə müraciət edə bilər, yəni idarə olunmaq üçün pasiyentin ailə həkiminə yönləndirilməsi baş verəcək. Bu şəbəkə artıq tam açılıb, bütün ailə həkimləri dekabr ayı ərzində təlimdən keçib, hamı öz pasiyentlərini idarə etməyə hazırdır. Bəzi hallarda, əlbəttə ki, pasiyentləri xəstəxanaya yönləndirmək yenə də lazım olacaq və bu halda ailə həkimi pasiyenti klinikaya həvalə edəcək” -deyə Tamar Qabunia bildirib.