"Ferrari"-nin prezidenti Formula 1-i alternativ çempionat yaratmaqla təhdid etdi
"Ferrari"-nin prezidenti Formula 1-i alternativ çempionat yaratmaqla təhdid etdi

“Ferrari”-nin prezidenti Serjo Markione, Formula 1-in sahiblərini texniki reqlamentə görə tənqid etdi və “Kral yarışlarını” tərk edəcəyindən bəhs etdi.

“Liberty Media-da (Formula 1 –in sahibi) Braun kimi təcrübəli insanlar çalışırlar, ancaq o nədənsə, Formula 1-in təbiətinə zidd getməyə çalışır.

Onlar ucuz motorlu, eyni formalı sadə maşınlar yaratmaq istəyirlər və bunlar getdikcə NASCAR seriyasına bənzəyəcəklər. Əslində isə, bizə daha güclü və daha maraqlı avto-yarışlar lazımdır. Əgər bu vəziyyət düzəlməsə, Ferrari, Formula 1-i tərk edəcək. Əgər kimsə düşünürsə ki, sözlərimi boşa xərcləyirəm, o atəşlə oynayır. Ferrarinin o qədər gücü var ki, alternativ çempionat yarada bilər”, – dedi Markione La Gazetta Dello Sporta müsahibə verərkən.