Fələstinin Daxili İşlər Nazirliyi - Qəzza sektoruna gecə saatlarında həyata keçirilən hücumlar nəticəsində çoxlu sayda qurbanlar var
Fələstinin Daxili İşlər Nazirliyi - Qəzza sektoruna gecə saatlarında həyata keçirilən hücumlar nəticəsində çoxlu sayda qurbanlar var

 
“Qəzza sektoruna gecə saatlarında həyata keçirilən hücumlar nəticəsində çoxlu sayda ölən və yaralanan var”-bu barədə Fələstinin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Fələstin Nazirliyinin sosial şəbəkədə dərc etdiyi məlumata əsasən, hücumlar dünən gecə və bu gün səhər saatlarında həyata keçirilib. Ölənlərin dəqiq sayı barədə məlumat yayılmır.

Nazirlik həmçinin partlamış binaların və təcili yardım xidmətinin işçilərinin cəsədləri dağıntılar altından çıxardığını əks etdirən görüntüləri yayıb.