Fələstin mətbuatının məlumatına əsasən, İsrailin Qəzzanın şimalına və mərkəzinə endirdiyi hava hücumu nəticəsində 13 nəfər ölüb, onlarla insan yaralanıb
Fələstin mətbuatının məlumatına əsasən, İsrailin Qəzzanın şimalına və mərkəzinə endirdiyi hava hücumu nəticəsində 13 nəfər ölüb, onlarla insan yaralanıb

İsrailin Qəzza sektorunun şimal və mərkəzi hissələrində yerləşən evlərə hücumu nəticəsində 13 nəfər ölüb, onlarla insan yaralanıb. Bu barədə Fələstin mətbuatı məlumat yayıb.

Yayılmış məlumatlara görə, İsrail hərbi aviasiyası Nusseyrat qaçqın düşərgəsində yerləşən yaşayış evini bombalayıb.

Gecə ərzində Qəzza sektorunda, o cümlədən “HƏMAS” terror qruplaşmasının əsas komanda mərkəzinin olduğu güman edilən Şifa xəstəxanasının ətrafındakı ərazidə İsrail qüvvələri ilə yerli hərbi qruplar arasında döyüşlər davam edib.

İsrail Müdafiə Qüvvələri əməliyyatın başlamasından sonra İsrail ordusunun Qəzzanın şimalında “Həmas”ın 11 postunu ələ keçirdiyini açıqlayıb. Ötən gecə İsrail ordusu “HƏMAS”ın hədəflərini havadan, qurudan və dənizdən bombalayıb. Eyni zamanda Qəzza sektorundan İsrail yaşayış məntəqələri istiqamətində yenidən raketlərin atıldığı məlum olub. Ərəb anklavı ilə həmsərhəd olan Kibbutzimdə hava hücumu siqnalı səslənib.