Farmasevt müəssisələrinin və distribusiya şəbəkərinin inspeksiyası məcburi olacaq

Gürcüstanın Səhiyyə Nazirliyi, ölkədə istehsal edilən və idxal edilən medikamentlərin keyfiyyətlərinin yaxşılaşdırılması üçün yeni standartlar tətbiq etməyə başlayır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, GMP/GDP standartları ölkədə dövriyyədə olan farmasevt məhsulların yüksək keyfiyyətini və Gürcüstanda istehsal edilən medikamentlərin ixracının artmasını nəzərdə tutur.

GMP/GDP standartlarının tətbiq edilmə strategiyası bir neçə mərhələdən ibarətdir.

Bu mərhələlərdən biri də GMP-nın milli inspeksiyasının yaradılmasıdır. 

İnspeksiya məqsədi ilə, Səhiyyə nazirliyi 2018-ci ilin mart ayına qədər namizədlər seçəcək.

Seçilmə meyarları professiyonal bilik, qabiliyyətlər, təcrübə, xarici dil bilmək və sairə olacaq.

Namizədlər üçün vakansiya elanı Jobs.ge saytında da yerləşdiriləcək.