"Facebook" öz platformasından və "İnstaqram"-dan, Gürcüstanda yaradılan 418 qeyri-avtentik hesabı silib

Sosiyal şəbəkə “Facebook” öz platformasından və “İnstaqram”-dan, Gürcüstanda yaradılan 418 qeyri-avtentik hesabı silib.

Facebook-un məlumatına görə, söhbət istifadəçiləri yanlışa salan saxta hesablardan, qruplardan və səhifələrdən gedir. Söz edilən səhifələr siyasi partiyalar, aktivist qruplaşmalar və medya vasitələri adı ilə fəaliyyət göstərirdilər.

Tam olaraq, Facebbok 39 profil, 344 səhifə və İnstaqramda isə, 13 qrup və 22 hesabı sildi.

Silinən hesablardan bir neçəsinin 442 300 və yaxud 52 000 abunəçisi və idi.

Facebook-un məlumatında qeyd olunur ki, belə səhifələrin bəzilərinin arxasında “Gürcü Arzusu” tərəfindən idarə edilən “Panda” reklam agentliyi durur.