"Evronyus Gürcüstan" təsis olundu
"Evronyus Gürcüstan" təsis olundu

“Silknet” və “Evronyus” razılaşması əsasında, gürcüdilli xəbərlər kanalı və “Evronyus Gürcüstan” rəqəmsal platforması yaradıldı ki, onun da təqdimatını Gürcüstan prezidenti Salome Zurabişvili etdi.

Gürcüstan prezidenti administrasiyasının məlumatına görə, “Evronyus Gürcüstanın” yaradılması fikri Salome Zurabişvilinin altı ay bundan əvvəl, Tbilisidə səfərdə olan “Evronyus” çəkiliş qrupu ilə görüşü zamanı yarandı.

Prezidentin dediyinə görə, “Evronyus Gürcüstanın” təsis olunması Gürcüstan üçün böyük tərəqqidir.

“Evronyusun” direktoru Maykl Pitersi Salome Zurabişviliyə kanalın təsis olumasında iştirak etidyinə görə, minnətdarlığını bildirdi.

Euronews Georgia yayımçılığa gələn ilin payızından başlayacaq.