"EuroBasket"in kuboku Gürcüstanın Birinci Kanalına gətirilib [foto] #1TVSPORT
"EuroBasket"in kuboku Gürcüstanın Birinci Kanalına gətirilib [foto] #1TVSPORT

 

“EuroBasket”in çempionu üçün nəzərdə tutulmuş kubok Avropa ətrafında gəzir. Kubok, avqustun 11-i və 12-də Gürcüstandadır və bu gün Birinci Kanala gətirilib. Gürcüstan Basketbol Federasiyasının vitse-prezidenti Vladimer Bois və “EuroBasket” 2022-nin maskotu Bounsi “Timeout” proqramında onunla birlikdə olublar.

Xatırladaq ki, kubok avqustun 12-nə planlaşdırılan Gürcüstan – İsrail oyununda təqdim olunacaq. Vladimer Bois də bu görüş haqqında danışıb:

“EuroBasket”ə hazırlıq prosesində Gürcüstan komandası üçün hər bir matç vacibdir. Avqustun 10-da İsraillə görüşdə komandamızın hansı mərhələdə olduğu daha yaxşı görünəcək. Ümid edirəm ki, çoxlu azarkeş gələcək və Gürcüstan komandasına azarkeşlik edəcək. Azarkeşlərin dəstəyi komandaya böyük enerji qatır”.

“EuroBasket”in oyunlarının bilet satışına başlanılıb:

“Çempionatın qrup mərhələsində gündə üç qarşılaşma nəzərdə tutulur. Gürcüstan komandasının oyunlarına biletlər (hamısı saat 21:00-da başlayır) ayrıca satılır. Gürcü azarkeşlər əvvəlki iki qarşılaşmaya bir biletlə gedə biləcəklər. Hazırda yalnız yuxarı yerlərin biletləri satışdadır, tezliklə aşağı yerlər üzrə də bilet almaq mümkün olacaq”.

“Timeout” verilişinin aparıcısı Boisə NBA -li gürcülər haqqında da sual verib.

“Sandro Mamukelaşvili Amerika Yay Liqasında simvolik beşliyə daxil olub. O, çox yaxşı oyunçudur. O, Sloveniyada komandaya qoşuldu. Gördüyüm üzrə, o, əla vəziyyətdədir və Dünya Çempionatının seçmə mərhələsində və “EuroBasket”də bizə çox kömək edəcək.

Qoqa Bitadzeyə gəlincə, o, Amerikadadır. Məşqçilər və tibb işçiləri daimi əlaqədədirlər. Zədəsi var və onun ” özümü yaxşı hiss edirəm” deməyini və tezliklə Gürcüstana gəlməyini gözləyirik”.