Etnik azlıqların məskunlaşdığı munisipalitetlərdə azərbaycan və erməni dillərində koronavirus ilə əlaqədar materiallar paylanılıb
Azərbaycan və erməni dillərində koronavirus ilə əlaqədar materiallar Marneuli, Bolnisi, Rustavi, Qardabani, Tetritsğaro, Tsalka, Dmanisi, Axaltsixe, Axalkalaki, Ninotsminda, Aspindza, Adiqen və Borjomi munisipalitetlərində artıq yayılıb – bu barədə Uzlaşma və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının mətbuat xidməti məlumat yayır. Verilən məlumata görə, qurumun nümayəndələri Marneuli və Bolnisi munisipalitetlərinin kəndlərində , azərbaycan və erməni dilindəki flayer və bukletlərin yayılması üçün materialları bu gün Marneulinin blok-postuna aparıblar.
Azərbaycan və erməni dilli materiallar koronavirus ilə əlaqədar məlumatları,qayda,rekomendasiya və məhdudiyyətləri əks etdirir.
Müəllif – Sevinc Mustafayeva