Ermənistanın Baş naziri MDB sammitində iştirak etmək fikrində deyil
Ermənistanın Baş naziri MDB sammitində iştirak etmək fikrində deyil

Ermənistanın Baş naziri Nikol Paşinyan MDB sammitində iştirak etməyəcək. Bu barədə Ermənistan mediası Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlum olduğu kimi, Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçirilməsi planlaşdırılan MDB sammitinə getməyəcəyi barədə artıq Qırğızıstan Prezidenti Sadir Japarova məlumat verib.