Ermənistanda son bir gündə koronavirusun 351 yeni halı qeydə alındı
Ermənistanda koronavirusa yoluxmanın rekord göstəricisi qeydə alındı. Ölkədə son bir gündə 351 hal qeydə alındı.
Bu haqda məlumatı erməni medyası ölkə Səhiyyə Nazirliyinə istinadən yayır.
Ermənistanın xəstəlikıər nəzarəti və profilaktika mərkəzi bəyan edir ki, son bir gündə ölkədə koronavirusa yoluxan bir nəfər başqa xəstəlikdən həyatını itirib. Belə halların sayı Ermənistanda 25-ə qədər artıb.
Erməni medyası yayır ki, məhz Covid-19-dan Ermənistanda 61 nəfər həlak olub.