Ermənistanda koronavirusa 138 yeni yoluxma halı təsdiqlənib
Ermənistanda koronavirusa 138 yeni yoluxma halı təsdiqlənib

Ermənistanda  son bir gündə koronavirusa yoluxanların sayı  138 nəfər artıb.Erməni mətbuatı,məlumatı ölkənin Səhiyyə Nazirliyinin  Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinə istinadən yayır.

Son bir gündə, Ermənistanda koronavirus nəticəsində bir nəfər vəfat edib,ümumi cəmdə isə ölkədə Covid 19-a 45 nəfər qurban gedib.

Ermənistanda  koronavirusa 3 313 yoluxma halı təsdiqlənib.Bu vaxt üçün,ölkədəki xəstəxanalarda 1928 nəfər müalicə olunur.

Ermənistanda yeni növ koronavirusdan 1325 nəfər sağalıb,onlardan 58 –i son bir gündə sağalıb.

 

 

Hazırladı-Sevinc Mustafayeva