Ermənistanda son 24 saatda koronavirusa 118 yeni yoluxma halı qeydə alınıb, 95 pasiyent isə sağalıb.
Bununla birlikdə, ötən bir sutkada, Covid 19-dan 1 nəfər dünyasını dəyişib.
Ermənistan mətbuatı ölkənin səhiyyə nazirliyinə istinadən bu məlumatı yayıb.
Son 24 saat ərzində ölkədə 3 656 ədəd test aparılıb. Bir iyula olan göstəricilərə əsasən, pandemiyanın başlamasından bu günədək, Ermənistanda koronavirusa 225 339 yoluxma halı qeydə alınıb, onlardan 216 977 pasiyent sağalıb.
Ölüm göstəricilərinə gəlincə, pandemiyanın başlamasından bu günədək Ermənistanda koronavirusdan 4 518 nəfər dünyasını dəyişib, 1100 pasiyentin ölüm səbəbi olaraq başqa xəstəliklər göstərilib.